Logo
    main-post-cover

    Quake oyun seriyası geri qayıdır

    Digər
    07.05.2017
    Farid
    Səhər saatlarında Bethesda şirkəti tərəfindən keçirilmiş press-konfrans zamanı şirkət Quake oyun seriyasının geri qayıtdığını bildirərək Quake Champions oyununu anons edib. Yeni oyun id Software studiyası tərəfindən hazırlanır. Quake Champions PC üçün hazırlanan arena-shooter janrlı oyundur. Studiya əsasən öz diqqətini kiberidman sahəsinə yönəldib və söz verib ki, ilk gündən başlayaraq müxtəlif turnirləri dəstəkləyəcək. Yeni oyunda xeyli miqdarda xəritələr, silahlar, müxtəlif xüsusiyyətlərə sahib personajlar və yüksək sürət olacaq. Quake Champions haqqında daha ətraflı məlumat avqust ayında keçiriləcək QuakeCon tədbiri çərçivəsində veriləcək.

     
    Paylaş
    Bənzər xəbərlər