
Quantum Braek oyununun PC versiyası anons olundu
Bir neçə saat bundan öncə Microsoft şirkəti Remedy Entertainment studiyası ilə birlikdə Quantum Break oyununun PC versiyasını anons etdilər. Oyun 5 Aprel tarixində həm PC həmdə Xbox One üçün satışa çıxacaq. Xbox Store servisində oyunu Xbox One konsolu üçün pre-order edəcək oyunçular PC versiyanı tamamilə pulsuz əldə edə biləcəklər. Bundan əlavə olaraq oyunu alacaq oyunçulara həmçinin orijinal Alan Wake və onun iki DLC-i olan The Signal, The Writer-i tamamilə pulsuz alacaqlar. Əgər oyunu pre-order etsəz əlavə olaraq Alan Wake's American Nightmare oyununu da əldə edəcəksiniz. Quantum Break-in PC versiyasının sistem tələblərini sizləri təqdim edirik.
Minimum sistem tələbləri:
Windows 10 (64-bit), DirectX 12, Intel Core i5-4460 2.70 GHz və ya AMD FX-6300, NVIDIA GeForce GTX 760 və ya AMD Radeon R7 260x, 2 GB VRAM, 8 GB RAM, 55 GB HDD
Maksimum sistem tələbləri:
Windows 10 (64-bit), DirectX 12, Intel Core i7-4790 4GHz və ya AMD ekvivalenti, NVIDIA GeForce 980 Ti və ya AMD Radeon R9 Fury X, 6 GB VRAM, 16 GB RAM, 55 GB HDD
Paylaş
Bənzər xəbərlər