
Resident Evil 7: Biohazard rəsmi şəkildə anons olunub
Sony şirkətinin E3 2016-dakı press-konfransı zamanı Capcom
Resident Evil 7: Biohazard oyununu
anons edib. Qeyd etmək lazımdır ki, seriyanın son oyunlarından fərqli olaraq
yeni Resident Evil fps (first-person-shooter) üslubunda olacaq. Bundan əlavə
olaraq oyun PlayStation VR cihazını dəstəkləyəcək. Resident Evil 7-nin hadisələri
6-cı hissədəki hadisələrdən sonra Amerikanın kəndlərində cərəyan edəcək. "Resident
Evil 7 məşhur oyun seriyasının tamamilə yeni bir qoludur. O öz qorxu elementləri
ilə horror janrını sevən oyunçulara yeni qorxu hisləri yaşadacaq. Resident Evil
7 20 il bundan öncə seriyanın yolunu təyin edən bütün elementləri özündə birləşdirir.
Yeni Resident Evil sayəsində horror janrlı oyunlar yeni mərhələyə qalxacaq” – deyə
oyun haqqında məlumat verilib. Resident
Evil 7: Biohazard 24 Yanvar 2017-ci il tarixində PC, PS4 və Xbox One
üçün satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər