Roblox strategiyasını dəyişir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Roblox platforması yetkin istifadəçilərin sayını artırmaq üçün strategiyasını yeniləyir. Keçən il yaş təsdiqi sistemini istifadəyə verən şirkət, artıq 18 yaşdan yuxarı oyunçulara daha çox fokuslanır.
Roblox-un 2025-ci ilin yekun maliyyə hesabatına əsasən, 31 yanvar tarixinə gündəlik aktiv istifadəçilərin 45 faizi yaş yoxlamasından keçib. Bu istifadəçilərin 27 faizi isə 18 yaşdan yuxarı şəxslərdir. Şirkət bildirir ki, məhz bu yaş qrupu platformada azyaşlı istifadəçilərlə müqayisədə daha çox pul xərcləyir.
Yetkin auditoriyanı cəlb etmək üçün Roblox “yüksək keyfiyyətli” (high-fidelity) oyun janrlarını genişləndirməyi planlaşdırır. Hesabatda qeyd olunur ki, şirkət oyun bazarında ən böyük və ən çox gəlir gətirən sahələrə üstünlük verəcək. Bununla yanaşı, performans və qrafika keyfiyyətinin artırılması da əsas prioritetlərdən biridir.
Paylaş