Logo
    main-post-cover

    Rockstar Games məhkəmədə qalib gəldi

    Digər
    13.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Böyük Britaniyada məşğulluq üzrə məhkəmə Rockstar Games tərəfindən işdən çıxarılan əməkdaşların məhkəmə prosesi yekunlaşana qədər müvəqqəti maaş alması ilə bağlı müraciətini rədd edib.
    Jason_Duval_02
        Xatırladaq ki, Rockstar ötən il ümumilikdə 34 əməkdaşı işdən azad edib. Onlardan 31-i Böyük Britaniyada, 3-ü isə Kanadada çalışırdı. Independent Workers’ Union of Great Britain (IWGB) bu addımı ittifaqın sıradan çıxarılması kimi qiymətləndirərək şirkəti qəsdən həmkarlar ittifaqına qarşı addım atmaqda ittiham edir. Rockstar isə bildirir ki, işdən çıxarılan əməkdaşlar Discord platformasında şirkətə məxsus məxfi məlumatları sızdırıblar.
        Dinləmə prosesi ötən həftə iki gün davam edib. IWGB-nin prezidenti Aleks Marşall bildirib ki, müvəqqəti təminat tələbi rədd edilsə də, tam məhkəmə baxışının Rockstar-ın qanunsuz və ədalətsiz hərəkətlərini ortaya qoyacağına inanırlar. Onun sözlərinə görə, şirkət dinləmələr zamanı mətbuata verdiyi açıqlamaları əsaslandıra bilməyib və daxili prosedurları pozduğunu təkzib edə bilməyib. Rockstar Games-in nümayəndəsi isə həm Bloomberg, həm də IGN-ə açıqlamasında bildirib ki, işdən çıxarılmalar qaçılmaz olub və məhkəmənin qərarı şirkətin mövqeyini dəstəkləyir. Şirkətin sahibi olan Take-Two Interactive mövzu ilə bağlı əlavə şərh verməyib.
    Paylaş