Logo
    main-post-cover

    Rockstar işçiləri GTA 6 sızıntıları barədə danışıblar!

    Digər
    03.12.2024
    Farid

         İlk treyləri 2023-cü ilin dekabr ayında yayımlanan GTA 6 haqqında müxtəlif ehtimallar irəli sürülməyə davam edir. Rockstar işçiləri bu ehtimalları əyləncəli hesab etdiklərini bildirsələr də, dəqiq tarixlə bağlı heç bir dəqiq məlumat verməyiblər.

         Rockstar-da layihə koordinatoru vəzifəsində çalışan Ash sosial media platformasında paylaşım edərək oyunçuların nəzəriyyə və analizlərini adətən oxumağa çalışmadığını, lakin bəzən dostlarının göndərdiyi bəzi paylaşımlara gülməkdən özünü saxlaya bilmədiyini bildirib. Bununla yanaşı, oyun üzərində işləyən komandanın böyük bir fədakarlıqla çalışdığını və keçmişdə yaşanan məlumat sızıntılarını komandaya ruhdan salan təsirlər göstərdiyini vurğulayıb.
         Ash qeyd edib ki, bu sızıntılar oyunun inkişaf prosesinə zərər verir və komanda üzvlərinin layiq olduqları dəyəri görməmələrinə səbəb olur. Take-Two Interactive isə daha əvvəl GTA 6-nın 2025-ci ilin payızında çıxacağını açıqlamışdı. Lakin bu tarix şirkətin digər böyük oyun buraxılışları ilə üst-üstə düşməyəcək şəkildə planlaşdırılıb. Yeri gəlmişkən, maraqlı bir detal daha var. Oyunun treyleri YouTube-da 3 dünya rekordu qırıb:
    • 24 saat ərzində ən çox izlənilən oyun videosu.
    • Ən çox bəyənilən oyun treyleri.
    • 24 saat ərzində ən çox izlənilən musiqisiz video.
    View post on X
         Pərəstişkarlar Rockstar-ın əvvəlki oyunlarında olduğu kimi GTA 6-dan da yüksək gözləntilər içindədirlər. Daha inkişaf etmiş qrafikalar, yeni oyun mexanikaları və cəlbedici bir hekayə oyunçuların səbirsizliklə gözlədiyi xüsusiyyətlər arasındadır. Lakin Rockstar-ın bu gözləntiləri qarşılaya bilib-bilməyəcəyi oyunun çıxışından sonra məlum olacaq.
    Paylaş