Logo
    main-post-cover

    Ryan Reynolds Mars-a yollanacaq

    Digər
    07.05.2017
    Farid
    Ryan Reynolds "Deadpool" filminin ssenarisini yazmış Rhett Reese və Paul Wernick ilə əməkdaşlığını davam etdirəcək. Belə ki, Ryan sözügedən ssenaristlərin ssenarisini hazırlayacaqları yeni filmdə baş rollardan birini canlandıracaq. Fantastik dram janrında olacaq film "Life" adlanacaq. Filmin ssenarisinə görə hadisələr BKS-in  (Beynəlxalq Kosmik Stansiya) ekipaj heyyəti ətrafında cərəyan edəcək. Onlar Mars-dan aldıqları nümunələrdə tamamilə fərqli həyat formasını aşkar edəcəklər. Bir çox izləyicilərə "Mission Impossible: Rogue Nation" filmindən tanış olan aktrisa Rebecca Fergusson "Life" filmində baş qadın rolunu canlandıra bilər. Güman olunur ki, filmin rejissoru isə Daniel Espinosa olacaq. "Life" filminin mümkün çəkiliş qrafiki və premyera tarixi isə hələki bilinmir.
    Paylaş
    Bənzər xəbərlər