Logo
    main-post-cover

    Saints Row yaradıcılarından yeni oyun anons olundu

    Digər
    07.05.2017
    Farid
    Saints Row oyun seriyasının yaradıcısı olan Volition studiyası öz yeni oyunu Agents of Mayham-ı anons edib. Yeni layihə singleplayer rejimli open-world tipli action oyunudur. Oyunda hadisələr Saints Row dünyasında cərəyan edəcək. Əsas yer kimi isə Seul şəhəri seçilib. Oyunçular M.A.Y.H.E.M. adlı dəstənin casusları rolunda oynayacaqlar. Seçim üçün 12 personaj təqdim olunacaq. Lakin oyunçular 3 personaj ilə döyüşə qatıla biləcəklər. Onlardan hər biri özünə məxsus xüsusiyyət və silahlara sahib olacaq. Birlikdə onlar L.E.G.I.O.N. adlı dəstəyə qarşı mübarizə aparacaqlar. IGN-in verdiyi məlumata əsasən yeni oyunda sadəcə singleplayer rejim mövcud olacaq. Yəni oyunda nə multiplayer nədəki co-op rejim olmayacaq. Agents of Mayham gələn il PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

     
    Paylaş
    Bənzər xəbərlər