
Şaiyə: Battlefield 5 haqqında yeni məlumatlar
Oyun sənayesində özünü artıq güvənilir bir mənbə kimi sübut
edən shinobi602 öz Twitter səhifəsində Battlefield 5 oyununun yaxın zaman ərzində
anonsuna işarə edən bir sıra paylaşımlar edib. Öz paylaşımında o oyunun 6 may
tarixində anons olunacağına işarə verib. Həmin paylaşımdan sora isə sözügedən mənbə
Battlefield seriyasının müxtəlif hissələrinə aid soundtracklar paylaşıb. Bu cür
paylaşımlardan sonra heç bir şüphə yaranmır ki, söhbət yeni Battlefield
oyunundan gedir. Bu arada DICE studiyası tərəfindən mətbuata oyunun təqdimatı
üçün dəvətnamələr göndərilib. Bu xəbər isə hələki şaiyədir. Həmçinin internetdə
yeni oyunun adının və onun çıxış tarixinin
qeyd olunduğu foto paylaşılıb. "Avropa ittifaqına qoşularaq rus işğalçıları ilə
mübarizə aparın və Şərqi Avropanın Kiev, Vilnüs, Minsk və Tallin kimi gözəl şəhərlərinə
səyahət edin”.
Paylaş
Bənzər xəbərlər