main-post-cover

    Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!

    Digər
    08.05.2024
    Chinara Pardashunas

         Samsung Galaxy S24 Ultra 2024-cü ilin birinci rübündə ən çox satılan Android smartfon olub. Bütün smartfon modellərinə baxdığımızda isə iPhone 15 Pro Max-ın hələ də zirvədə olduğunu görürük.

         Bu günlərdə Samsung-un maliyyə nəticələri baxdıqda Galaxy S24 seriyasının necə uğurlu nəticə qazandığını görə bilərik. Counterpoint Research tədqiqat şirkətinin məlumatları da bu uğuru təsdiqləyib. Android-in ən məşhur flaqman seriyası olan Galaxy S seriyasının bu uğuru təəccüblü deyil. Keçən ilki göstəricilərə əsasən Galaxy S23 Ultra ilə 6-cı sırada yer alan Samsung, bu il Galaxy S24 Ultra ilə 5-ci yeri tutmağı bacarıb.
         Statiska cədvəlinə diqqət etsək, 1-ci yerdə iPhone 15 Pro Max, 2-ci yerdə iPhone 15 və 3-cü yerdə isə iPhone 15 Pro modellərinin qərarlaşdığını görə bilərik. Deyəsən, iPhone modelləri arasında Pro seriyasının payı ötən illə müqayisədə artıb. Ümumi satışda Pro modelləri 50% səviyyəsinə çatmış vəziyyətdədir.
         Samsung Galaxy S24 seriyasının bu uğurunda şirkətin smartfonlarına inteqrasiya etdiyi süni intellekt xüsusiyyətlərinin mühüm rolu var. Müştərilərin smartfonlarını daha uzun müddət aktual saxlamaq üçün gələcəyə hesablanmış texnologiyalara malik telefonlara müraciət etmələri səbəbindən Samsung-un yeni flaqmanının satışlarında artım olduğu bildirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple, bu gün iPhone qiymətlərinə artım edəcək!?
    apple-bu-gun-iphone-qiymetlerine-artim-edecek
    Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
    samsung-exynos-prosessorlarinda-amd-nin-qrafik-cipinden-imtina-ede-biler
    Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
    smartfonlar-haqqinda-sizinti-melumatlari-ile-taninan-meshur-x-istifadecisi-galaxy-s24-ultra-smartfonuna-gore-samsung-sirketini-firildaqciliqda-gunahlandirir
    Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
    samsung-g60sd-adli-yeni-gaming-monitoru-teqdim-edilib-qiymeti
    iPhone 17-də dizayn dəyişir: Plus əvəzinə Slim modeli olacaq!
    iphone-17-de-dizayn-deyisir-plus-evezine-slim-modeli-olacaq