Logo
    main-post-cover

    Samsung şirkəti, Apple-ın iPad reklamını ələ salıb! (VİDEO)

    Digər
    16.05.2024
    Farid

         Apple-ın M4 çipilə təchiz edilmiş iPad Pro üçün yaxın zamanda yayımlanan və istifadəçilərin reaksiyasına səbəb olan "Crush" reklamı Samsung-un zarafat mövzusuna çevrilib. Belə ki, Samsung öz paylaşdığı reklam çarxında Apple-ın iPad reklamını ələ salıb.

         Apple bu yaxınlarda yeni M4 çipi ilə birlikdə gələn ultra incə iPad Pro üçün "Crush" adlı reklamını yayımladı. Bu reklamdan dərhal sonra şirkət istifadəçilərin mənfi reaksiyası ilə qarşılaşdığına görə, izləyicilərdən üzr istəməli olmuşdu. İndi Samsung, "Biz heç vaxt yaradıcılığı əzmərik" devizi ilə Apple-a istinad edərək öz reklam video çarxını sosial şəbəkələrindən birində paylaşım edib.
         Apple öz reklamında alətləri, arcade oyunlarını, heykəlləri və oyuncaqları nəhəng presləmə maşını ilə əzdikdən sonra yeni iPad Pro-nu ortaya çıxmasını nümayiş etdirmişdi. İnsanlar sosial şəbəkələrdə bu reklamın yaradıcılığın məhvini təmsil etdiyini düşünərək mənfi reaksiyalar veriblər. Təbii ki, Samsung da belə bir fürsəti əldən qaçırmaq istəməzdi.
    View post on X
         "Samsung Mobile" hesabı X sosial şəbəkəsində "UnCrush" heşteqi ilə öz reklamını paylaşım edib. Videodakı yerə dağılmış boyalar və parçalanmış alətlər Apple-ın reklamındakı nəhəng hidravlik presinin etdiyi mənzərəni xatırladır. Əlavə olaraq, videoda bir qadın Galaxy AI ilə təchiz edilmiş "Galaxy Tab S9"un notlarına baxaraq zədələnmiş gitara çalır. Reklamın tam sonunda isə Samsung, "Yaradıcılığı əzmək olmaz" deyərək birbaşa Apple-a istinad edir.
         Təbii ki, Samsung ilk dəfə deyil ki, bu yolla Apple-ı ələ salır. Cənubi Koreya nəhənginin uzun illərdir bu tipdə davam edən bir çox reklamları var. Digər tərəfdən, Galaxy Tab S9 keçən il təqdim edilib. Mövcud məlumata görə, Samsung bu il Galaxy Tab S10 planşetini təqdim etməyəcək. Buna görə də, M4 iPad Pro bu il rəqibsiz qala bilər. Yeri gəlmişkən, Apple-ın reklamına aşağıda baxa bilərsiniz.
    Paylaş