
Samsung şirkəti yüksək dözümlü yeni OLED ekran yaratdı (VİDEO)
Samsung şirkəti ABŞ-ın rəsmi orqanları tərəfindən
sertifikatlaşdırılmış yüksək dözümlü OLED ekranların yaradılması barəsində xəbər
verib. Beləliklə sözügedən OLED ekranlar prototip və ya təcrübi məhsul deyil. Həmin
ekranlar artıq yaxın zamanda bazara çıxarılacaq hazır məhsullardır. Samsung
Display şirkəti tərəfindən hazırlanmış yeni OLED ekranlar təkcə smartfonlarda
deyil, avtomobil panellərində, hərbi məqsədlər üçün istifadə olunan mobil
cihazlarda, portativ oyun konsollarında və planşetlərdə istifadə oluna bilərlər.
Yeni OLED ekranların tərkibi plastikdən hazırlanıb. Bununla belə onlar çox
yüngül və dözümlüdürlər.
Bununla yanaşı onlar adi şüşənin göstəricilərindən
geri qalmırlar. Yeni OLED ekran artıq 1.2 metr hündürlükdən 26 dəfə düşüş
testindən keçib. Həmin test nəticəsində ekran ön, arxa və kənar tərəflərdən heç
bir zədə almayaraq normal funksionallıq özəllikləri sərgiləyib. Ekran həmçinin
yüksək (71 dərəcə) və aşağı (-32 dərəcə) temperatur testlərindən də keçib.
Temperatur testlərindən də ekran uğurla keçib. Bütün bunlardan əklavə olaraq
Samsung şirkəti yeni ekranı hətta 1.8 metr hündürlükdən düşüş testindən də
keçirdib. Bu test də uğurla nəticələnib. Növbədə ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən
tərtib olunmuş bəzi hərbi standartları özündə birləşdirən bir sıra testlər var.
Paylaş
Bənzər xəbərlər