
Samsung'un Galaxy F adlı ilk əyilə bilən smartfonu haqqında yeni məlumatlar ortaya çıxdı
Digər
02.11.2018
Emil
Samsung-un Galaxy F adlı yeni smartfon seriyası üzərində çalışması məlumatı hələ bir neçə il bundan öncə yayılmışdı. İndi isə bu seriyann ilk smartfon modeli barəsində bəzi məlumatlar ortaya çıxıb. Belə ki, SamMobile adlı saytın verdiyi məlumata əsasən Galaxy F seriyasının ilk cihazı çox güman ki, əyilə bilən smartfon olacaq. Samsung-un ABŞ şöbəsi Google şirkəti ilə birlikdə sözügedən smartfon üçün proqram təminatı üzərində çalışır və proqram təminatının kodu F900USQU0ARJ5-dir.
ABŞ-da yeni smartfon SM-F900U model nömrəsi, Avropada SM-F900F model nömrəsi, Asiyada isə SM-F900N model nömrəsi ilə satışa çıxacaq. Bundan əlavə olaraq SamMobile sayt xəbər verib ki, şirkətin ilk əyilə bilən smartfon modeli 512 GB daxili yaddaşa və 2 SIM kart dəstəyinə sahib olacaq. Çox güman ki, şirkətin ilk əyilə bilən smartfon modeli bu il satışa çıxmayacaq. Ümumiyyətlə onu bu il təqdim etməyə bilərlər. Gələn həftə San Fransiskoda Samsung Developer Conference tədbiri keçiriləcək. Həmin tədbirdə ən azından bizlərə əyilə bilən smartfonun prototipini və ya konseptini təqdim edə bilərlər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Orta büdcəli Honor X70 5G təqdim olunub - QİYMƏTİ
