
Şayiə: Apple ilk avtomobilini BMW ilə hazırlayacaq
Son zamanlar texnologiya gündəmindəki əsas mövzulardan biri Apple-ın avtomobil hazırlama planlarıdır. Bir müddət şirkətin Tesla Motors-u alması haqda xəbərlər yayılsa da deyəsən Apple almanlarla əməkdaşlıq etmək qərarına gəlib. Şayiələrə görə mövzu ilə əlaqədarə təşkil olunmuş iclasda Tim Cook özü iştirak edib və əsasən Apple-ın ilk avtomobilini BMW-nin i seriyalı hibridi maşını i3 üzərində hazırlaması barədə müzakirələr aparılıb. Razılaşmanın rəsmiləşməsi barədə məlumat olmasa da bir çox mənbə avtomobilin i3-ün əsasında hazırlanacağını deyir.
Qeyd edək ki, BMW i3 5 qapılı kompakt şəhər avtomobilidir. 647cc benzinli mühərrikə və 120 kw enerji hasil edə bilən elektrikli mühərriklə təchiz olunub. Avtomobil batareyaları tam dolu şəkildə 240 km məsafə qət edə bilir.
Paylaş
Bənzər xəbərlər