Logo
    main-post-cover

    Scalebound haqqında yeni məlumatlar

    Digər
    07.05.2017
    Farid
    Məşhur game-dizayner Hideki Kamiya-nın rəhbərliyi altında hazırlanan Scalebound oyunu Xbox One ilə birlikdə PC üçün də satışa çıxacaq. Bu barədə game-dizayner Microsoft-un press-konfransı çərçivəsində bildirib. Scalebound Xbox One-da 1080p, PC-də isə 4K keyfiyyətli görüntünü dəstəkləyəcək. Oyunu həm tək şəkildə həmdə 4 nəfərlik co-op rejim vasitəsilə keçmək mümkün olacaq. Platinum Games oyunlarında nəhəng varlıqların olması ilə məşhurdur. Hideki Kamiya-nın sözlərinə əsasən isə Scalebound-da studiyanın indiyənə kimi hazırlamadığı nəhəng varlıqlar olacaq. Buna misal olaraq press-konfrans zamanı təqdim olunmuş yeni gameplay videonu göstərmək olar. Scalebound 2017-ci ildə satışa çıxacaq.

    Paylaş
    Bənzər xəbərlər