
Seedstars Baku-da izləyici kimi iştirak etmək istəyənlərin nəzərinə!
Dünyaca məşhur Seedstars World tədbirinin regional mərhələsi olan Seedstars Baku-ya iştirakçı kimi qeydiyyatın bitməsinə artıq bir neçə saat qalıb. İyun ayının 18-i Qafqaz Universitetində baş tutacaq tədbirdə qalib startup gələn il İsveçrədə keçiriləcək Seedstars World yarışına vəsiqə qazanacaq. İkinci yerin sahibi olan komandanın üzvlərinə Huawei şirkəti tərəfindən, 3-cü yerə isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən hədiyyələr təqdim olunacaq. Bu tədbiri canlı olaraq izləyici qismində seyr etmək istəyən iştirakçılar isə aşağıda göstərilən linkə daxil olaraq "attend" - iştirakçı qismində qeydiyyatdan keçə bilərlər.
İzləyici kimi qeydiyyat üçün daxil olun.
Daha ətraflı məlumat burada.
Startup qeydiyyatı.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...