Sega konsollarının dizayneri Hideki Sato vəfat edib
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, 1980 və 1990-cı illərdə Sega-nın ən məşhur oyun konsollarının dizaynına rəhbərlik etmiş yapon sənaye dizayneri Hideki Sato 77 yaşında vəfat edib. Bu barədə Yaponiya oyun portalı Beep21 məlumat yayıb.
Sato 1971-ci ildən etibarən Sega şirkətində çalışıb və 2000-ci illərin əvvəllərinə qədər şirkətin müxtəlif mühüm layihələrində iştirak edib. O, xüsusilə Sega-nın arcade aparatları və ev üçün istehsal etdiyi oyun konsollarının hazırlanmasında əsas fiqurlardan biri kimi tanınıb. Onun rəhbərliyi ilə dizayn edilən qurğular arasında SG-1000, Sega Genesis (bəzi regionlarda Mega Drive adı ilə tanınır), Sega Saturn və Sega Dreamcast kimi oyun sənayesində iz qoymuş konsollar var. Bu cihazlar xüsusilə 90-cı illərdə böyüyən nəsil üçün əsl nostalji simvollara çevrilib.
Hideki Sato 2001–2003-cü illərdə Sega-nın prezidenti vəzifəsini də icra edib. Onun vəfatı ilə bağlı paylaşımda Beep21 qeyd edib ki, Sato Yapon oyun sənayesinin formalaşmasında mühüm rol oynayıb və onun pioner ruhu oyun həvəskarlarının yaddaşında daim yaşayacaq.
Paylaş
Bənzər xəbərlər