Logo
    main-post-cover

    Səhrada Günəş sistemi

    Digər
    07.05.2017
    Farid
    Axtarış saytlarında gördüyünüz heç bir şəkil Günəş sisteminin həqiqi ölçüsünü düzgün əks etdirmir. Çünki planetlər arasında olan məsafə onların ölçülərindən dəfələrlə böyükdü. The Scale qrupunun həvəskarları miqyasıda nəzərə almaqla Günəş sisteminin həqiqi xəritəsini hazırlayıblar. Bunun üçün Nevada ştatında olan Black Rock səhrası məkan olaraq seçilib. İki maşının köməyi ilə planetlərin orbitləri çəkilib. Buna həvəskarlar 36 saat vaxt sərf edib. Xəritə isə 11 km-dən böyük bir məsafəni əhatə edir. Daha ətraflı aşağıdakı videoda izləyə bilərsiniz. 


    Paylaş
    Bənzər xəbərlər