
Selfie çəkərkən muzeydə olan əsərlərə 200.000 dollar zərər verən adam (VİDEO)
Selfie ehtirası
insanların başına iş açmağa davam edir. İndi də bir sərgidə selfie çəkmək istəyən
qadın, selfie çəkərkən 200.000 dollar dəyərində heykəllərin sınmasına səbəb
oldu.
Hətta bu problemin ciddiyətini anlayan bir çox məşhur muzeylər selfie çubuğunu və
selfie çəkməyi muzeydə qadağan edib. Lakin hər yerdə bu qadağa
olmadığından maraqlı hadisələr yaşanmağa davam edir.
Los Angeles da
bir sərgidə "The 14th Factory"
binasında yaşanan qəza, bir çox əsərin zərər görməsinə səbəb olub.
Aşağıdakı təhlükəsizlik kamerasıyla çəkilmiş videodan da
göründüyü kimi bir qadın, əsərlə birlikdə selfie çəkmək üçün yerə doğru əyilir.
Ancaq tarazlığını yaxşı nizamlamadığı üçün platformaya dəyir və əsərlər eyni domino daşları kimi yerə düşməyə
başlayır.
Mövzu ilə əlaqədar danışan sərginin sənətçilərindən Gloria
Yu, üç əsərin təmir edilə bilməyəcək şəkildə olduğunu, digər əsərlərdə isə bəzi zərərlərin meydana gəldiyini söyləyərək toplamda 200 min dollarlıq bir zərərin olduğunu ifadə edib.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...