Şəxsi avtomobilinizin yanacaq sərfiyyatını azaltmaq üçün 5 mükəmməl yol

Şəxsi avtomobilinizin yanacaq sərfiyyatını azaltmaq üçün 5 mükəmməl yol

Digər
15.04.2018 PAYLAŞIM

    Bir çox insan ictimai nəqliyyatın rahat olmaması və istədiyi zaman istədiyi yerə getmək azadlığının mümkünsüzlüyü səbəbilə şəxsi avtomobilindən istifadə etmək istəyir. İqtisadi baxımdan ictimai nəqliyyatdan istifadə etmək səmərəli olsa da günlər ötdükcə şəxsi avtomobillərin sayı çoxalır. Amma şəxsi avtomobilə sahib olmaq cərimələrə, qulluğa və ən əsası yanacağa xeyli vəsait ayırmaq deməkdir. Bir çox sürücü ''Eyni məsafəni daha az yanacaq sərf edərək necə gedə bilərəm?'', sualına cavab tapmağa çalışır. Technote olaraq 5 əsas səbəb seçmişik:

Təkər təzyiqini nəzarətdə saxlayın

Bənzər xəbər


     Təkər təzyiqini davamlı olaraq nəzarətdə saxlamaq əlavə yanacaq qənaəti deməkdir. Təkərlər əsasən hər ay 2 psi hava itirir. Təkərlərinizdəki hava təzyiqinin doğru olduğundan əmin olmaq təkcə təkərlərinizin ömrünü uzatmır, eyni zamanda yol ilə müqayisədə daha az fırlanma müqaviməti baş verdiyindən yanacaq məhsuldarlığını artırır. Hava çatışmazlığı səbəbilə təkəriniz deformasiyaya uğrasa yol ilə daha çox sürtünmə səbəbilə daha artıq yanacaq sərf edərsiniz. 

Yükünüzü azaldın

     Avtomobilinizin sərnişinləri və baqajı ilə birlikdə sahib olduğu ümumi ağırlıq nə qədər yanacaq istifadə etməyinizdə vacib bir faktordur. Avtomobil ağırlaşsa hərəkət etmək üçün daha çox yanacağa ehtiyac duyulacaq. Buna əməl etmək xüsusilə şəhər tıxaclarında vacibdir. Bir çoxumuz avtomobilimizdə ehtiyacımız olmasa belə bəzi əşyalarımızı saxlayırıq. Avtomobildə hər 50 kq ağırlıq yanacaq sərfiyyatını 1-2% artırır. Bu səbəblə, ehtiyacınız olan əsas əşyaları saxlamağınız tövsiyyə olunur.

Konsidionerinizi lazım olanda istifadə edin və qazını tam doldurun

Kon-r sisteminizin hər iki ildən bir qazla tam doldurulması məsləhət görülür. Kon-r sisteminin içindəki qaz miqdarı və yağ dəyərləri aşağı olanda kon-r sistemi kabində isti hava üfürməyə başlayır. Bu da kon-r motorunun soyuq hava yaratmaq üçün daha çox işləməsi deməkdir.

Təkərlərinizin balans yoxlanışını edin

Bu yoxlanış ilk növbədə sizin təhlükəsizliyiniz üçündür. İldə bir dəfə balans yoxlanışı etmək təkərlərinizin eyni formada və daha uzun müddət aşınmasına yardım edəcək. Əslində həm də təkərin ümumi ömrünü 20.000 km-ə qədər uzadır. Təkər balansı vaxtında edilmədiyi halda təkərləriniz fərqli nöqtələrdən aşınacaq. Bu da yol ilə sürtünməni artıracağı üçün daha çox yanacaq sərf olunacaq. 

Avtomobilinizə daima qulluq edin

Davamlı qulluq avtomobilinizin ən yaxşı formada qalmasını təmin etmək üçün mühim əhəmiyyət kəsb edir. Mühərrik yağı müəyyən zaman ərzində xarab olur və mühərrikin hərəkətli hissələrini yağlama prosesinə daha zəif təsir göstərir. Davamlı yağ və filter dəyişikliklərinin edilməsi mühərrikinizin yükünü azaldır və yanacağa qənaət etməyinizə gətirib çıxarır. 



DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×