Logo
    main-post-cover

    Simpsonlar, bir daha ABŞ-dakı tarixi bir hadisəni öncədən proqnozlaşdırıblar!

    Digər
    23.07.2024
    Aslan

         Uzun müddətdir davam edən "The Simpsons" cizgi serialı, gələcəyi proqnozlaşdırmaqda öz reputasiyasını bir daha sübut edib. Bu dəfə prezident Biden-in namizədlik yarışından geri çəkilərək Kamala Harris-i dəstəkləməsi ilə gündəmə gələn hadisə, 2000-ci ildə yayımlanan The Simpsons serialının bir bölümündə proqnozlaşdırılmış kimi görünür.

         The Simpsons çizgi filminin "Bart to the Future" epizodunda Lisa Simpson, ABŞ-ın ilk qadın prezidenti kimi təsvir edilmişdir. Bu epizodda, Lisa, bənövşəyi kostyum, mirvari boyunbağı və sırğa kombinasiyası ilə Kamala Harris-in 2021-ci ildə inauqurasiya mərasimində geyindiyi paltara çox oxşar bir geyim geyinir. Bu oxşarlıq, serialın yazarlarından Al Jean-ın sosial şəbəkədə paylaşdığı paylaşımla diqqət çəkib.
    View post on X
         Al Jean, bu oxşarlığın sırf təsadüf olduğunu bildirib. Ancaq sosial mediada paylaşılan görüntülər və serialın keçmiş proqnozları izləyicilər arasında böyük təsir bağışlayıb. Daha əvvəl iddia edilmişdi ki, The Simpsons, 1998-ci ildə "When You Dish Upon a Star" serialında Disney tərəfindən 20th Century Fox-u alacağını proqnozlaşdırmışdı. Bu proqnoz da 2017-ci ildə gerçəkləşmişdir. "Bart to the Future" epizodu, daha digər bir böyük hadisəni də proqnozlaşdırmışdır. Epizodda prezident Lisa Simpson, Donald Trump-dan təhvi aldığı büdcə problemini dilə gətirir. Beləliklə, Simpsonlar, Trump-ın prezidentliyini və ondan sonra gələn ilk qadın prezidentliyə namizədi təxmin etmiş olub. Bu proqnozun nə dərəcədə reallaşacağını zaman göstərəcək.
    Paylaş