
Sızanaqlı insanlar daha çox yaşayırlar
İngiltərəli dermatoloqların yeni araşdırmalarına görə qüsursuz dəriyə sahib olmaq heçdə hələ sevincli olmağın lazım olduğu demək deyil.
Akne (dərinin iltihab xəstəliyi)
gənc insanları narahat edir. Lakin onun perspektivləri optimistikdir. Nə qədər
təəccüblü səslənsə də dəri səpməsi yetkən yaşda uzunömürlüyü və cəlbedici xarici
görünüşü təmin edən faktordur. Belə qənaətə ingiltərəli alimlər öz müşahidələri
nəticəsində gəliblər. "Technote.az”ın "Nat-geo.ru”a istinadən verdiyi xəbərə əsasən
bu qənaətə gəlmək üçün onlar 1205 əkiz qadından götürülmüş dəri nümunələrini
incələyiblər. Həmin qadınlardan bir çoxu aknedən əziyyət çəkir. Məlum olub
ki, həmin qadınlardan bir çoxunun telomerləri (xromosomun uc sahələri) uzundur.
Yaş artdıqca telomerlər qısalırlar. Onlar nə qədər möhkəm olsalar qocalıq əlamətləri
bir o qədər ləng ortaya çıxar. Maraqlısı budur ki, sızanaqlı insanalarda p53
geni daha az nəzərə çarpır. Həmin gen isə hüceyrələrin ölümünü təmin edən apoptoz proqramını işə salır.
Paylaş
Bənzər xəbərlər