
Sızdırılan iPhone 16 təqdimat afişasının saxta olduğu ortaya çıxıb!
Digər
21.08.2024
Aslan
iPhone 16 seriyası üçün sızan təqdimat posterinin saxta olduğu ortaya çıxıb. Afişanı hazırlayan şəxs, onun saxta olduğunu paylaşaraq sosial mediada müzakirə mövzusuna çevrilib.
Majin Bu tərəfindən X platformasında paylaşılan saxta posterdə iPhone 16 seriyasının gözlənilən bəzi yeniliklərinə uyğun gələn real detallar və elementlər yer alırdı. "Səhra titanı" rəngi kimi xüsusilə diqqəti çəkən detallar posterin etibarlılığını daha da artırırdı. Lakin tezliklə X istifadəçisi @lorevfx tərəfindən posterin saxta olduğu təsdiqlənib. Sosial şəbəkələrdəki paylaşımda dizaynı yaradan şəxs, özünü bu sözlərlə ifadə edib: “Figma və süni intellekt tərəfindən yaradılan teksturadan istifadə edərək 10 dəqiqədən az müddətdə "Sızdırılmış" Launch posterini hazırladım. Sadəcə darıxdığım üçün onu sızdıran şəxsə (Majin Bu) göndərdim".
Poster nə qədər inandırıcı olsa da, Majin Bu, onu təsdiqlənmədən paylaşdığı üçün tənqid edilib. Bu hadisə, bir daha onu göstərib ki, internet istifadəçiləri məlumatı yoxlayarkən daha diqqətli və dəqiq olmalıdırlar. iPhone 16 seriyasının rəsmi təqdimat tarixi hələ açıqlanmayıb. Lakin ekspertlər, saxta afişada yazıldığı kimi hadisənin həqiqətən də sentyabrın 10-da baş tutacağını proqnozlaşdırırlar. Bu təcrübələr hələlik fərziyyə olsa da, Apple-ın keçmiş buraxılış tarixlərini nəzərə alsaq, bu, ağlabatan bir ehtimal hesab olunur.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
