
Skype, Android versiyası ilə yeni bir rekorda imza attı
6 il əvvəl Skype-ı
satın alan Microsoft, mobil cihazlarda FaceTime və WhatsApp kimi tətbiqlər ilə
yarışacaq hala gələ bilmək üçün hər keçən gün yeni bir xüsusiyyət ilə istifadəçilərin
qarşısına çıxmağa davam edir.
Bu il Skype-ın Android versiyasına böyük ağırlıq verən
Microsoft, İyun ayında yayımladığı Skype 8.0 versiyası ilə birlikdə tətbiqin
dizaynını başdan aşağı dəyişdirərək, bir çox yeniliyi istifadəçilərə təqdim
etdi.
Edilən radikal dəyişikliklərin Skype-ın hücuma keçməsini təmin
etdiyi, Play Store məlumatları sayəsində bir dəfə daha təsdiqləndi. Çünki,
Skype-ın Android versiyasının yüklənmə rəqəmləri,
bu gün etibarilə 1 milyard səddini aşdı.
İyul 2013-cü ildə Play Store üzərindən 100 milyon dəfə yüklənən Skype-ın yüklənmə rəqəmləri fevral 2015-ci ildə 500 milyon səviyyəsinə
çatarkən, son iki ildə həyata keçirilən dəyişikliklər ilə birlikdə bu ədəd ikiyə
qatlanmış oldu.
Microsoft bu sayədə 2011-ci ildə 8.5 milyard dollar ödəyərək
satın aldığı Skype ilə ciddi bir böyümə sürətinə çatarkən, irəliləyən dövrdə edəcəyi
radikal dəyişikliklər maraqla gözlənilir.
Paylaş
Bənzər xəbərlər