main-post-cover

    Son Dəqiqə: Alimlər dünya tarixində ilk dəfə qara dəliyin fotosunu təqdim etdilər

    Digər
    10.04.2019
    Farid Pardashunas
        Uzun illər ərzində Event Horizon Telescope layihəsi Oxatan A* adlı qara dəliyin kompakt radiomənbəsinin fotosunu əldə etmçək üçün bizim qalaktikamız Süd Yolunun mərkəzinə nəzər salırdı. Qeyd etmək lazımdır ki, Oxatan A* bizim qalaktikamızın mərkəzində yerləşən yüksək kütləli qara dəlikdir. Alimlər Event Horizon teleskopu vasitəsilə Yer kürəsindən 55 milyon işıq ili uzaqlığında yerləşən M87 qalaktikasının mərkəzini müşahidə etməklə ilk dəfə olaraq qara dəliyin fotosunu əldə ediblər. Əldə olunmuş fotoda işıq formasında formalaşmış parlaq halqa əks olunub. Həmin işıq bizim günəşdən 6.5 milyard dəfə daha kütləli olan qara dəliyin ətrafındakı intensiv qravitasiyasında əyilir.

        Çoxdan gözlənilən bu foto yüksək kütləli qara dəliklərin həqiqətən də varolduqlarının əsas sübutudur. Əsas tapşırıqlardan biri də qara dəliyin kütləsini təyin etmək idi. Belə ki, bu, Albert Eynşteyn-in ümumi nisbilik nəzəriyyəsinin qabaqcadan verdiyi məlumatlar ilə indi müşahidə olunan məlumatlar arasındakı uyğunluğun təyin olunması üçün vacibdir. Astronomlardan biri bunu bu cür izah edib.
        "Parlaq qazdan ibarət disk kimi parlaq sahəyə düşən qara dəlik güman olunan qara sahəni yaratmalıdır. Həmin qara sahə kölgəni xatırladır. Eynşteynin ümumi nisbilik nəzəriyyəsi məhz bunu bəyan edir. Lakin biz heç vaxt bunu müşahidə etməmişik. Bu kölgə qravitasiya əyilməsinin və hadisələr üfüqünün işığı ələ keçirtməsinin nəticəsidir. Bu isə qara dəliklər barəsində bir çox şeyi aydınlaşdırır və bunun sayəsində biz M87 qalaktikasının qara dəliyinin böyük kütləsini ölçə bildik"- deyə astronomlardan biri qeyd edib.

        Qara dəliklərin fotolarını əldə etmək heç də asan bir tapşırıq deyil. Belə ki, onlar demək olar ki, görünmürlər. Onlar bütün elektromaqnit şüaları udurlar. Bu isə o deməkdir ki, heç bir radio, qamma, rentgen və optik teleskop qara dəliyi görə bilmir. Lakin qara dəliyin hadisələr üfüqünü müşahidə etmək nəzəri cəhətdən mümkündür. Hadisələr üfüqü qara dəliyin sərhədidir və həmin sərhədi keçmiş işıq belə ordan çıxa bilmir. Təcrübə çərçivəsində bir neçə teleskopdan ibarət Event Horizon Telescope sistemi o qədər məlumat əldə edib ki, onları göndərmək üçün sərt diskləri bir təyyarəyə yerləşdirmək lazım gəlib. Daha sonra alimlər bu məlumatları incələməyə başlayıblar və hadisələr üfüqünün cizgilərini əldə etməyə çalışıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər