Logo
    main-post-cover

    Sony Xperia 10 ilə Xperia 10 Plus smartfonlarının qiymətləri və texniki göstəriciləri ortaya çıxdı

    Digər
    15.02.2019
    Emil
        Sony şirkəti iki ədəd Xperia 10 smartfon modeli üzərində çalışır. Winfuture saytının verdiyi məlumata əsasən adi Xperia 10 modeli Full HD+ keyfiyyətli 6 düym ekran, Snapdragon 630 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP ikili arxa kamera və 2870 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xperia 10 Plus modeli isə 6.5 düym CinemaWide ekran, Snapdragon 660 prosessoru, 4 GB RAM və 12 MP + 8 MP ikili arxa kamera ilə təchiz olunacaq. Məlumata əsasən Xperia 10 modeli 350 avroya, Xperia 10 Plus modeli isə 400 avroya satılacaq. Hər iki smartfon modelinin MWC 2019 sərgisində təqdim olunacağı gözlənilir.

    Paylaş
    Bənzər xəbərlər