Logo
    main-post-cover

    SpaceX gözləniləndən tez birjaya çıxır

    Digər
    18.05.2026
    Sevinj
        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Elon Musk-ın rəhbərlik etdiyi SpaceX şirkəti gözləniləndən daha tez bir zamanda birjaya çıxmağa hazırlaşa bilər. Xarici KİV-lərin məlumatına görə, şirkət IPO prosesini sürətləndirib və artıq gələn ay birjada debüt etməyi hədəfləyir. Məlumata əsasən, SpaceX IPO planını bu həftə rəsmi şəkildə elan edə bilər. Şirkətin səhmlərinin ilkin satışının iyunun 11-də başlaması, birjada rəsmi listinqin isə iyunun 12-də həyata keçirilməsi nəzərdə tutulur. SpaceX-in Nasdaq birjasında “SPCX” tikeri altında ticarət olunacağı bildirilir.
    Musk Says SpaceX Revenue Will Near $16 Billion in 2025 - WSJ
        Əvvəlki məlumatlara görə, SpaceX birjaya təxminən 1,75 trilyon dollar dəyərində qiymətləndirmə ilə çıxmağı planlaşdırır. Əgər bu baş tutarsa, şirkət tarixdə ən böyük texnologiya və kosmos IPO-larından birinə imza ata bilər. Son aylarda Elon Musk və SpaceX-in addımları da şirkətin birjaya çıxış planlarını gücləndirən siqnallar kimi qiymətləndirilir. Belə ki, SpaceX bu ilin əvvəlində Musk-a məxsus xAI şirkətini satın almışdı. Məqsəd isə süni intellekt və kosmos texnologiyalarını birləşdirərək şirkətin ümumi dəyərini artırmaq idi.
        Bundan əlavə, SpaceX son dövrlərdə süni intellekt və texnologiya şirkətləri ilə də əməkdaşlıqları genişləndirir. İddialara görə, Google şirkəti SpaceX ilə orbitdə AI məlumat mərkəzlərinin yaradılması üçün raket buraxılışları mövzusunda danışıqlar aparır. Həmçinin Anthropic ilə mümkün orbital AI data mərkəzləri istiqamətində əməkdaşlıq da gündəmdədir. Hazırda IPO-nun dəqiq tarixi rəsmi olaraq təsdiqlənməsə də, bütün siqnallar SpaceX-in yaxın zamanda açıq səhmdar şirkətə çevrilə biləcəyini göstərir.
    Paylaş