SpaceX və xAI artıq vahid brend altında fəaliyyət göstərəcək
SpaceX və xAI rəsmi olaraq vahid brend altında birləşərək SpaceXAI adını qəbul edib. Yeni ad və loqo şirkətin X sosial şəbəkəsindəki rəsmi hesabı vasitəsilə təqdim olunub.
Bu dəyişiklik Elon Musk-ın may ayında açıqladığı planın davamıdır. O zaman Musk bildirmişdi ki, xAI artıq SpaceX-dən ayrı bir şirkət kimi fəaliyyət göstərməyəcək və hər iki şirkət vahid struktur altında birləşdiriləcək.
Musk daha əvvəl süni intellektin sürətlə artan enerji tələbatının Yer üzərindəki mənbələrlə qarşılanmasının mümkün olmadığını söyləmişdi. Onun sözlərinə görə, bu problemin ən məntiqli həlli məlumat mərkəzlərini kosmosa daşımaqdır.
Bu məqsədlə SpaceX hələ birləşmə elan edilməzdən əvvəl Federal Communications Commission-a orbital məlumat mərkəzi yaratmaq üçün istifadə olunacaq 1 milyon peykin orbitə buraxılması ilə bağlı müraciət edib.
Qeyd edək ki, xAI 2025-ci ildə X sosial platformasını da satın almışdı. Beləliklə, platforma da artıq SpaceXAI brendi altında fəaliyyət göstərir.
SpaceX, xAI və X şirkətlərinin birləşmiş strukturu iyun ayında birjaya çıxıb. Səhmlərin bağlanış qiyməti 161 dollar olub və şirkətin bazar dəyəri təxminən 2,1 trilyon dollar səviyyəsində qiymətləndirilib. Hazırda yeni brend adı bütün rəsmi sənədlərdə əks olunmasa da, şirkətin rəsmi saytı artıq SpaceXAI adını və yeni loqonu istifadə edir.
Paylaş