Logo
    main-post-cover

    Spotify pleylistləri artıq BPM və tona görə avtomatik sıralayacaq

    Digər
    25.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Spotify istifadəçilərin pleylist təcrübəsini daha da təkmilləşdirən yeni funksiyanı istifadəyə verir. Artıq Premium abunəçilər pleylistlərini mahnıların BPM və musiqi açarına (key) görə avtomatik şəkildə yenidən sıralaya biləcəklər.
        Xatırladaq ki, Spotify ötən ilin avqustunda pleylistlər üçün fərdiləşdirilmiş keçid (custom transitions) funksiyasını təqdim etmişdi. Bu funksiya mahnılar arasında səssiz fasilələri aradan qaldırmağa və daha axıcı musiqi keçidləri yaratmağa imkan verirdi. Yeni “Smart Reorder” xüsusiyyəti isə bu təcrübəni bir addım da irəli aparır.
        Yeni funksiya sayəsində istifadəçilər cəmi bir neçə toxunuşla pleylistlərini optimallaşdıra bilərlər. Bunun üçün Premium istifadəçilər pleylistdə “Mix” bölməsinə daxil olub “Edit” düyməsini seçirlər. Daha sonra aşağı hissədə yerləşən “Smart Reorder” seçimini aktivləşdirmək kifayətdir. Sistem mahnıları avtomatik olaraq ton və BPM uyğunluğuna əsasən yenidən düzür. Dəyişikliklərin qüvvəyə minməsi üçün isə “Save” düyməsini sıxmaq lazımdır.
    Paylaş