Logo
    main-post-cover

    Spotify saxta dinlənmələrə görə məşhur mahnının 500 min baxışını sildi

    Digər
    06.07.2026
    Sevinj
        Spotify süni şəkildə artırıldığı müəyyən edilən 500 min dinlənməni silib. Nəticədə gənc müğənni Malcolm Todd-un viral hit mahnısı olan Earrings platformanın ən populyar mahnılar siyahısında birinci yerdən dördüncü pilləyə geriləyib. Spotify-ın açıqlamasına görə, şirkət süni dinlənmələri aşkar etmək və qarşısını almaq üçün xüsusi sistemlərdən istifadə edir və bu cür saxta dinlənmələrə görə müəllif qonorarları ödənilmir.
    Spotify's new feature lets you explore the story behind the song you're  listening to | TechCrunch
        Hadisənin arxasında isə mahnının uğuruna mərc edən istifadəçilərin dayandığı bildirilir. Məlumata görə, Polymarket və Kalshi kimi proqnoz bazarlarında hansı mahnının Spotify reytinqində lider olacağına dair mərc edən bəzi şəxslər süni dinlənmələrdən istifadə edərək nəticələrə təsir göstərməyə çalışıblar. Araşdırmaya əsasən, müğənni Malcolm Todd-un bu manipulyasiya ilə əlaqəsinin olduğu düşünülmür. Şübhəli fəaliyyət ilk olaraq Spotify statistikasını yaxından izləyən digər proqnoz bazarı iştirakçıları tərəfindən aşkar edilib və daha sonra şirkət tərəfindən daxili araşdırma başlanıb.
    Paylaş