Spotify WhoSampled-i satın alıb
Technote.az TechCrunch platformasına istinadən bildirir ki, Spotify WhoSampled musiqi məlumat bazasını satın aldığını açıqlayıb. Satınalmanın maliyyə detalları açıqlanmasa da, PitchBook və LinkedIn məlumatlarına görə, WhoSampled cəmi təxminən 10 əməkdaşdan ibarət kiçik komanda idi.
2008-ci ildə Londonda yaradılan WhoSampled musiqi dünyasında özünəməxsus yer tutur. Platforma:
- mahnılardakı sample və remiks istifadələrini,
- cover versiyaları,
- sənətçilər arasındakı əlaqələri
- və musiqi əsərlərinin mənşəyini detallı şəkildə izləyən geniş bir məlumat bazası təqdim edir.
Platforma hazırda:
- 1.2 milyondan çox mahnı,
- 622 minə yaxın sample haqqında məlumat saxlayır. Bu məlumatlar Spotify-ın yenicə təqdim etdiyi yeni musiqi kəşfiyyat funksiyası SongDNA üçün əsas rol oynayır.
Spotify WhoSampled arasındakı əlaqə yeni deyil. Şirkətlər 2016-cı ildə əməkdaşlıq edərək istifadəçilərin Spotify pleylistlərini WhoSampled tətbiqində görüntüləməsinə imkan vermişdilər.
WhoSampled-in açıqlamasında bildirilir ki, satınalmadan sonra platforma müstəqil şəkildə fəaliyyət göstərməyə davam edəcək. Bununla belə, Spotify ekosisteminə daxil olmaq istifadəçilər üçün bir sıra üstünlüklər gətirəcək:
- Moderasiya prosesləri daha sürətli olacaq,
- Saytdakı reklamlar yaxın həftələrdə tamamilə çıxarılacaq,
- Mobil tətbiqlər pulsuz olacaq və abunəlik tələb etməyəcək.
Paylaş