Spotify Wrapped 200 milyon istifadəçi ilə rekord qırdı
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Spotify bildirir ki, Spotify Wrapped 2025 platformanın indiyədək ən böyük buraxılışı olub. Şirkət Wrapped-in istifadəyə verildiyi ilk 24 saatda 200 milyon nəfərdən çox istifadəçinin ən azı bir hekayəni izlədiyini açıqlayıb. Bu göstərici ötən ilki, istifadəçilər tərəfindən bəyənilməyən AI-mərkəzli Wrapped-dən 19 % daha yüksəkdir. Məlumata görə, Wrapped 2024-də eyni rəqəmə çatmaq üçün 62 saat lazım olmuşdu.
Spotify həmçinin Wrapped-in bu il 500 milyon dəfədən çox paylaşıldığını deyir. Bu da ötən illə müqayisədə 41 % artım deməkdir. Paylaşımlar həm tətbiqdaxili “native” paylaşımları, həm də ekran görüntüləri və yükləmələri əhatə edir. Artım xüsusilə ABŞ, Hindistan, İndoneziya, Yaponiya, Kolumbiya və Tailand kimi böyük bazarlarda hiss olunub.
Ötən il Wrapped istifadəçilər tərəfindən detallı statistikanın azlığı və AI podkastının ön plana çıxarılması səbəbilə sərt tənqid olunmuşdu. Bu il isə Spotify həmin rəyləri nəzərə alaraq bir çox yeni xüsusiyyətlər əlavə edib və məlumatları daha dərin təqdim edib. AI arxa planda istifadə olunsa da, bu dəfə istifadəçiyə yönəlik AI interfeysi təqdim edilməyib.
Bunun əvəzinə şirkət istifadəçilərin bir-biri ilə daha çox əlaqə qura bilməsinə fokuslanıb: “dinləmə yaşı”, Wrapped qrupları və ilk canlı, çoxnəfərli funksiyası olan Wrapped Party vasitəsilə real vaxtda statistika müqayisələri mümkündür.
Paylaş