
Star Wars-a aid tam yeni oyun
Electronic Arts şirkəti Respawn Entertainment (Titanfall) studiyası ilə birlikdə Star Wars dünyasına aid yeni
action oyun hazırlandığını anons edib. Yeni oyun tps (third-person-shooter)
üslubunda olacaq. "Mən qeyd etmək istəyirəm ki, Electronic Arts şirkəti
bacarıqlı Respawn Entertainment studiyası ilə birlikdə öz əlaqələrini möhkəmləndirmək
və böyütmək üçün Star Wars dünyasına aid olacaq yeni tps üslublu action oyunun
hazırlanmasına start verilib. Artıq Respawn Entertainment studiyası da Star Wars seriyasına aid müxtəlif növ
oyunları hazırlayan digər studiyaların (Visceral Games, DICE, Capital Games, BioWare, Motive)sırasına daxil olub. Əgər siz də bizimlə birgə bu maraqlı macəraya qatılmaq istəyirsinizsə
onda boş vakansiyalar ilə tanış olun. Hal-hazırda biz Visceral Games və Motive
studiyalarında yerlər verə bilərik. Son illər mən Vince Zampella və onun
komandası ilə çox vaxt keçirtmişəm. Onların mükəmməl təcrübələri Titanfall
oyununu ən uğurlu yeni oyun seriyalarından birinə çevirdi. İndi isə biz bu cür
hadisəni Star Wars-un köməyi ilə müşahidə edəcəyik” – deyə EA Games şirkətinin
vitse-prezidenti Patrick Söderlund bildirib.
Paylaş
Bənzər xəbərlər