
"Star Wars: Episode VIII" filminin çəkilişlərinə start verilib
Bu barədə Walt Disney şirkətinin direktoru Bob İger məlumat verib.
"Məşhur film seriyasının növbəti epizodunun çəkilişlərinə start verilib. Film söz verdiyimiz kimi 2017-ci ilin dekabr ayında izləyicilərə təqdim olunacaq. Bundan əlavə olaraq 9-cu epizod üzərində işlər də artıq başlanılıb. Onun premyerası isə 2019-cu ildə baş tutacaq" - deyə Bob İger bildirib. Bundan əlavə olaraq Bob İger qeyd edib ki, "Rogue One: A Star Wars Story" filminin çəkilişləri artıq başa çatıb. O bildirib ki, bu ilin sonunda böyük ekranlara çıxacaq "Rogue One: A Star Wars Story" filmindən çox razıdır. Hamıya tanış olan Han Solo personajı üçün nəzərdə tutulmuş film isə 2018-ci ilin may ayında izləyicilərə təqdim olunacaq. "Star Wars: Episode VIII" filmində baş rolları Daisy Ridley, Adam Driver, Oscar Isaac, Domhnall Gleeson, Mark Hamill, Carrie Fisher, Gwendoline Christie, John Boyega, Benicio del Toro canlandıracaqlar. Yeni filmdə Harrison Ford-un qayıtması isə hələki sual altındadır. "Star Wars: Episode VIII" filminin süjet xətdi haqqında tam dəqiq bir məlumat yoxdur. Onuda qeyd edək ki, rejissoru Rian Johnson olan "Star Wars: Episode VIII" filminin premyerası 2017-ci ilin may ayı üçün planlaşdırılırdı. Lakin sonra Lucasfilm studiyası premyera tarixini həmin ilin dekabr ayına dəyişdi.
Paylaş
Bənzər xəbərlər