
Star Wars seriyası əsasında bizləri hansı oyunlar gözləyir?
Electronic Arts şirkəti EA Play tədbirində Star Wars
seriyası əsasında hazırlanan oyunlara yetəri qədər zaman ayırdı. Təqdim olunmuş
videoda müxtəlif studiyalar tərəfindən bu seriya əsasında oyunların hazırlanma
prosesi əks olunub. Tədbirin səhnəsinə EA Motive studiyanın təsisçisi Jade Raymond
çıxaraq bildirib ki, EA Motive ilə DICE studiyalarının birgə hazırladıqları Star
Wars: Battlefront 2 oyunu gələn il satışa çıxacaq. Onun sözlərinə əsasən oyun
yeni film seriyasından olan elementləri özündə birləşdirəcək. Bundan əlavə
olaraq sözügedən seriya əsasında Visceral Games studiyası tərəfindən hazırlanan
oyunun 2018-ci ildə satışa çıxacağı elan olundu. Titanfall seriyasının
yaradıcısı olan Respawn Entertainment studiyası isə Star Wars seriyası əsasında
tamamilə yeni bir oyun üzərində çalışır.
Paylaş
Bənzər xəbərlər