
Startapda çalışmağın 5 səbəbi
Deyirlər ki, şəxsi biznes ilə məşqul olanda geniş miqyasda düşünmək lazımdır. Məgər hansısa şirkət daxilində şəxsi karyera barəsində kiçik düşünmək lazımdır? Startap, karyera və vacib həyat təcrübələrinin qazanılması baxımından əla fürsətdir.
Siz əsl işlə məşqul olmağa başlayacaqsınız
Siz əsl işlə məşqul olmağa başlayacaqsınızStart verilən an keçirilən hissləri sözlərlə başa salmaq çətindir.
Bu daha çox "The Matrix” filmindəki Neo-nun qırmızı həbi seçməsinə bənzəyir.
Startapda hər bir qərar ya uğura yadaki uğursuzluğa aparır. Hər hansı bir şirkət
işini buraxıb öz biznesinizə başlasaz (və ya sizə yad startapa qatılsaz) siz
yüngüllük hiss edəcəksiniz. Startaplar insanı öz əsl şəxsiyyətini tapmağa və
daha qeyri-adi bir şeylərin yaradılması üçün yolların tapılmasına sövq edir. Və
çox güman ki, bu çətin mərhələlərdən sonra siz böyük uğura imza atacaqsınız.
Təlim və məsuliyyət
Təlim və məsuliyyətStartapda 2 aylıq çalışmaq hansısa şirkətdə 5 illik iş təcrübəsindən daha çox bilik qazandırır. Bunun əsas səbəbi odur ki,
startapda eyni anda bir neçə işi görmək lazım gəlir. Beləliklə siz yeni
bacarıqlar və öhdəliklər qazanırsız. Bu isə sizə gələcəkdə biznesinizin böyük
imperiyaya çevrilməsində lazım olacaq. Siz daha tez öyrənəcəksiniz. Çünki
startapda çalışmaq sizdən bunu tələb edəcək. Bütün bunlar sizə yeni biliklər və
təcrübələr qazandıracaq.
Şəxsi mədəniyyətin yaradılması
Şəxsi mədəniyyətin yaradılmasıStartapda siz istədyiniz kimi şəxsi mədəniyyətinizi yarada
bilərsiniz. Böyük bir şirkətdə isə siz artıq təməli qoyulmuş dəyərlərə və
qaydalara əməl etməli olacaqsınız. Startapda isə siz öz fikirlərinizi təklif edərək
şirkətin iş mədəniyyətini yarada bilərsiniz.
Ətraf mühit
Ətraf mühitStartapların ən yaxşı xüsusiyyətlərindən biri odur ki, siz
bu və ya digər işdə maraqlı olan insanlar ilə birgə çalışacaqsınız. Siz həmişə
yaranmış mühitdə daha böyük rəqibləri geridə qoymaq üçün innovasiyalı fikirlər
tapmağa çalışacaqsınız. Bu cür mühit isə innovasiyanın müstəqil şəkildə
yaradılması üçün əla fürsətdir.
Şəxsi biznes üçün başlanğıc
Şəxsi biznes üçün başlanğıcStartapda çalışmaq özün-özünün necə müdiri olmağını öyrənmək
üçün yaxşı şansdır. Bu şans biznesin necə qurulduğunu anlamağa imkan verir. Əgər
siz nə vaxtsa öz biznesinizi qurmağı planlaşdırsaz, startapda çalışmaq bu
baxımdan ideal təcrübədir. Beləliklə siz məqsədlərin hansı ardıcıllıqla ön
plana keçirilməsi, planların yerinə yetirilməsi, bazara məhsul çıxarılması və
digər iş prosesləri haqqında bilikləri öyrənəcəksiniz. Startaplar sizlərə qiymətli
bacarıqlar qazandırmaqla yanaşı sizin biliyinizi genişləndirəcək. Orta və böyük
şirkətlərdə isə bunlara bənzər xüsusiyyətləri tapmaq çətinlik yaradacaq.
Paylaş
Bənzər xəbərlər