
Stephen Hawking-in həyatından bilmədiyiniz 10 maraqlı fakt
Digər
14.03.2018
Emil
Bugün nəinki elm dünyası həmdə
bütün dünya dahi bir şəxsiyyəti itrdi. Belə ki, bugün 76 yaşında məşhur alim Stephen
Hawking vəfat etdi. Elə isə onun həyatı haqqında sizin də bilmədiyiniz ən
maraqlı 10 faktı təqdim edək.
- Stephen Hawking 8 Yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlmişdi.
Qalileo Qalileyin ölümündən düz 300 il sonra. 21 yaşında Hawking-ə amiotrofik
skleroz diaqnozu qoyulmuşdu. Həkimlər ona bir neçə il yaşaya biləcəyini söyləmişdilər.
- Məktəbdə Stephen orta səviyyədə
oxusa da riyaziyyatda yaxşı nəticələr əldə edirdi və bundan əlavə olaraq kimya
ilə maraqlanırdı. 9 yaşında olanda onun dərslər üzrə qiymətləri sinifdəki ən bərbad
qiymətlər idi. Buna baxmayaraq müəllimlər onun dahiliyinə inanırdılar. Buna görə
də məktəbdə o, “Eynşteyn” ləqəbinə layiq görülmüşdü.
- Onun atası istəyirdi ki, Stephen
tibb ilə məşğul oslun. Lakin Stephen-in biologiyaya həvəsi yox idi. O,
biologiyanı həddindən artıq dəqiq olmayan bir elm kimi hesab edirdi. Nəticədə
o, Oksfordda hissəciklərin nəzəriyyəsi və kosmologiya ilə məşğul olmağa
başladı. Belə ki, bu sahələr insanlar tərəfindən az öyrənilmiş və böyük
imkanlar vədd verirdi.
- Kral cəmiyyətinin görüşündə Stephen
birdən məşhur astrofizik Fred Hoyle-un mühazirəsini dayandırmışdır. O bunu
Fred-in səhv etdiyini söyləmək üçün etmişdi. Onun bu səhvi necə tapdığını ondan
soruşduqda isə o belə cavab vermişdi: “Sadəcə olaraq mən bütün bunları başımda
hesabladım”.
- 1970-ci illərdə Stephen öz əsas kəşflərini etmiş və bəlkə də kosmologiyaya ən vacib töhfəni vermişdi: Hawking şüalanmalarının kəşfi
(qara dəliklər enerji ifraz edir və həmin enerji bitənə qədər bu proses davam
edir).
- 1980-ci illərdə Stephen professor
James Hartle ilə birlikdə zaman və məkanda sərhədlərinin olmadığı kainat
modelini təqdim etmişdi. Həmin kainat konsepsiyası həmçinin Stephen-in “A Brief History of Time” kitabında
da əks olunmuşdu. Həmin kitab bütün dünya üzrə 25 milyonluq tirajla satılmışdır.
Stephen kainatı Yer kürəsinə bənzədirdi. Belə ki, Yer kürəsinin hansı nöqtəsinə
gedirsən get onun kənarı yoxdur. Lakin planet yalnız ikiölçülü fəzada, kainat
isə dördölçülü fəzada mövcuddur.
- 1985-ci ildə Stphen pnevmaniya xəstəliyinə
tutuldu. Onun vəziyyəti o dərəcədə ağır idi ki, həkimlər onun, həyatı dəstəkləyən
aparat ilə əlaqəsini dayandırmaq istəyirdilər. Onun həyat yoldaşı olmuş Jane bu
fikirdən imtina etmişdi. Nəticədə Stephen-in həyatını qurtarmaq üçün onun üzərində
traxeotomiya əməliyyatı aparılmışdı. Bu əməliyyat nəticəsində o, danışa bilmək
qabiliyyətini itirdi və həmin vaxtdan insanlarla səs sintezatoru vasitəsilə
ünsiyyət saxlamağa başladı.
- Stephen elm dünyasının pop-ulduzu
hesab olunurdu. Müxtəlif vaxtlarda o, “Simpsons”, “Star Trek”, “Big Bang Theory” kimi layihələrdə
iştirak etmişdi.
- Baxmayaraq ki, Stephen çoxlu sayda
nüfuzlu elmi və ictimai mükafatlara sahibdir, o sağ ikən Nobel mükafatını ala
bilmədi. Oksfordda 30 il ərzində o, İsaak Nyuton-un çalışdığı kafedrada
çalışdı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
