main-post-cover

    Steve Jobs imzalı jurnal rekord qiymətə satıldı

    Digər
    30.10.2017
    Orxan Jafarli
    Texnologiya dünyasının ən əhəmiyyətli adlarından biri Steve Jobs, öldükdən sonra da dəyərini heç itirməyən kəslərdən oldu. Etdiyi yeniliklər, ifadələri və təqdimatlar deyərkən indi də imzası belə yüksək dəyər görməyə başladı. Steve Jobsun illər əvvəl imzaladığı bir jurnal auksion vasitəsi ilə satıldı.
    24 oktyabr 1988 tarixində nəşr olunan Newsweek jurnalı, auksion vasitəsi ilə satıldı. Jurnalın üz qabığında isə Apple-ın dahi idarəçilərindən Steve Jobs idi. Bu jurnalı xüsusi edən şey isə, o il hələ 33 yaşında olan Steve Jobsun jurnalı imzalamış və öz yazısıyla bir mesaj yazmış olması idi.
    Tarixə şahidlik edən bu jurnal, Lotus Development Corp proqram şirkətinin köhnə sahiblərindən biri olan Denise Williams tərəfindən auksion vasitəsi  ilə satışa təqdim edildi. 1000 dollar qiymət ilə başlayan hərrac 18 iştirakçının mübarizəsi nəticəsində tam 50.587 dollara satıldı.
    Beləsinə əhəmiyyətli bir jurnal qapağının rekord bir qiymətlə satılmış olması isə vəziyyətin gündəmə gəlməsini təmin etdi. Satın alan adamın isə adı açıqlanmadı. Edilən riyazi hesab isə bu jurnalın və imzanın mənəvi olaraq nə qədər qiymətli olduğunun bir işarəsidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər