Steve Jobs imzalı jurnal rekord qiymətə satıldı
Digər
30.10.2017
Orxan Jafarli
Texnologiya
dünyasının ən əhəmiyyətli adlarından biri Steve Jobs, öldükdən sonra da dəyərini
heç itirməyən kəslərdən oldu. Etdiyi yeniliklər, ifadələri və təqdimatlar deyərkən
indi də imzası belə yüksək dəyər görməyə başladı. Steve Jobsun illər əvvəl
imzaladığı bir jurnal auksion vasitəsi ilə satıldı.24 oktyabr 1988 tarixində nəşr olunan Newsweek jurnalı, auksion
vasitəsi ilə satıldı. Jurnalın üz qabığında isə Apple-ın dahi idarəçilərindən
Steve Jobs idi. Bu jurnalı xüsusi edən şey isə, o il hələ 33 yaşında olan Steve
Jobsun jurnalı imzalamış və öz yazısıyla bir mesaj yazmış olması idi.
Tarixə şahidlik edən bu jurnal, Lotus Development Corp
proqram şirkətinin köhnə sahiblərindən biri olan Denise Williams tərəfindən auksion
vasitəsi ilə satışa təqdim edildi. 1000
dollar qiymət ilə başlayan hərrac 18 iştirakçının mübarizəsi nəticəsində tam
50.587 dollara satıldı.
Beləsinə əhəmiyyətli bir jurnal qapağının rekord bir qiymətlə
satılmış olması isə vəziyyətin gündəmə gəlməsini təmin etdi. Satın alan adamın
isə adı açıqlanmadı. Edilən riyazi hesab isə bu jurnalın və imzanın mənəvi
olaraq nə qədər qiymətli olduğunun bir işarəsidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək