
Stiven Hokinq-dən iş, elm və həyat haqqında 11 maraqlı sitat
Stiven Hokinq-in
21 yaşı olanda ona yan amiotrofik skleroz diaqnozu qoyulmuşdu. Həkimlər ona
yalnız 2 il yarım yaşaya biləcəyini söyləmişdilər. Lakin proqnozlara və edilmiş
əməliyyatlara baxmayaraq Stiven Hokinq-in artıq 73 yaşı var və o aktiv həyat tərzi
sürür. Sizlərə elm dünyasının məşhur simalarından sayılan Stiven Hokinq-in 11
maraqlı sitatını təqdim edirik.
Öz məktəb
illəri haqqında:
"Məktəbdə
və əsasən də öz sinifimizdə mən heç vaxt ağıllı şagird olmamışam. Mən ev
tapşırıqlarına lazımi diqqəti ayırmırdım. Yazı xətdim isə müəllimləri əsəbləşdirirdi.
Lakin buna baxmayaraq mənim sinif yoldaşlarım mənə "Eynşteyn” ləqəbini
qoymuşdular. Görünür onlar bilirdilər ki, məndə böyük potensial gizlidir. Mənim
12 yaşım olanda dostlarımdan biri digəri ilə bir torba şirniyyatdan mərcə
girmişdi ki, məndən heç vaxt uğurlu insan alınmayacaq. Düzü heç bilmirəm həmin
mərc doğurdan da baş tutdu yoxsa yox”.
Yadplanetlilər
ilə görüş haqqında:
"Əgər
yadplanetlilər nə vaxtsa bizi ziyarət etsələr bu hadisə Xristofor Kolumbun
Amerikanı kəşf etməsindən daha ciddi olacaq. Biz yaxşı bilirik ki,
Xristofor Kolumbun Amerikanı kəşf etməsi köklü amerikalılara necə pis təsir
etdi. Biz ilk öncə özümüzə qıraqdan baxmalıyıq. Məhz bunu etməklə biz
anlayacağıq ki, ağıllı həyat forması indiki hala necə dəyişə bilər və biz
özümüz bu cür həyat forması ilə görüşmək istərdikmi?”
Yeni
elmi kəşf anı haqqında:
"Mən
bunu sevişmək ilə müqayisə etməzdim. Lakin bilirəm ki, bundan alınan həzz daha
uzun müddət sürür”
Əlillik
haqqında:
"Əgər
siz əlil olmusunuzsa bu heçdə sizin günahınız deyil. Lakin buna görə ətraf
dünyanı günahlandırmaq və ondan mərhəmət gözləmək lazım deyil. Hadisəyə nikbin
nöqteyi nəzərdən baxmaqla özünüzü həqiqətən kəşf etmək üçün hadisədən yalnız ən
yaxşı xüsusiyyətləri çıxartmağa çalışmalısınız. Əgər kimsə fiziki cəhətdən məhduddursa
onda həmin insan özündə psixoloji məhdudiyyətin yaranmasına yol verməməlidir. Mənim
fikrimcə bu problemlə qarşılaşan insan özünü fiziki məhdudiyyətlərin problem
kimi qarşılanmadığı sahələrə öz diqqətini cəmləməlidir. Təbii ki, məndən heç
vaxt paralimpiya atleti çıxmaz. Hər-halda mənim üçün bu cür nəticə çıxartmaq
daha asandır. Çünki atletikanı heç vaxt sevməmişəm. Digər tərəfdən elm fiziki cəhətdən
məhdudiyyətli insanlar üçün gözəl sahədir. Çünki bu sahədə çox vaxt insan beyni
ilə çalışır. Bəzən təcrübi işlər üçün fiziki güc tələb olunur. Buna görədə ən
ideal variant elmin nəzəri sahəsidir. Mənim fiziki məhdudiyyətliyim heç vaxt nəzəri
fizikası üzrə işlərimə təsir etməyib. Əslində əlilliyim mənə bir növ kömək də
olub. Əgər sağlam olsaydım bir çox leksiyalar və inzibati işlər ilə məşqul
olacaqdım. Bu baxımdan fiziki məhdudluğum məni bu işlərdən azad edib. Hər-halda
bu sahədə uğur qazanmağımın əsas səbəblərindən biri həyat yoldaşımın,
uşaqlarımın, iş yoldaşlarımın və tələbələrimin dəstəkləri olub. Mən ümumilikdə
kəşf etdim ki, çox zaman insanlar sənə kömək etməyə hazırdılar. Lakin bunun
üçün onları ruhlandıraraq göstərmək lazımdır ki, onların səyləri nəticəsində sənin
gördüyün iş üzərindən gələcəkdə böyük nailiyyətlərə sahib olmaq olar”
Zaman
içərisində səyahət etmək haqqında:
"Belə
bir imkanım olsaydı 1967-ci ilə qayıdardım. İlk övladım Robert-in anadan olduğu
günə. Mənim 3 övladım mənə böyük xoşbəxtlik gətirib”
Tale
və azad iradə haqqında:
"Mən
fikir vermişəm ki, həyatda hər şeyin öncədən qəbul olunduğunu və bunu dəyişməyin
mümkün olmadığını düşünən insanlar belə yolu keçən zaman öz düşüncələrini dəyişirlər”
Elmin
dinə qarşı olması haqqında:
"Elm
və din fundamental səviyyədə fərqlənirlər. Din avtoritet üzərində qurulduğu
halda elm müşahidələr və sualların həll edilməsi üzərində qurulub. Elm qalib gələcək.
Çünki o həqiqətən də işləyir”
Naqislik
haqqında:
"Gələn
dəfə əgər kimsə sizin səhv etməniz barədə şikayətlənsə həmin şəxsə bunun bəlkədə
yaxşıya doğru olduğunu söyləyin. Çünki naqisliksiz bu dünyada həm o həmdə siz
var olmazdız”
Öz IQ
səviyyəsi haqqında:
"Bu
barədə heç bir fikrim yoxdur. Öz IQ səviyyələrindən narahat olan insanlar
axmaqdırlar”
Qadınlar
haqqında:
"Onlar bizim üçün sirr olaraq qalırlar”
Öz
övladlarına verdiyi məsləhətlər haqqında:
"Birincisi:öz ayağınızın altına
baxmaq əvəzinə bəzən ulduzlara baxmağı unutmayın. İkincisi: heç vaxt
başlatdığınız işi yarıda qoymayın. İş sizə məqsəd və məna verir. Onsuz həyat
boş olardı. Üçüncüsü: əgər bəxtiniz gətirsə və öz sevginizi tapsanız yadda
saxlamalısınız ki, siz onu həqiqətən də tapmısınız”.
Paylaş
Bənzər xəbərlər