
Stiven Hokinq-dən yadplanetlilər ilə bağlı yeni xəbərdarlıq
Məşhur britaniyalı fizik Stiven Hokinq bir daha yadplanetli şüurun insan sivilizasiyasına göstərdiyi təhlükə barəsində xəbərdarlıq edib.
Bu yaxınlarda işıq üzü görmüş sənədli filmdə Stiven Hokinq rəhbəri
olduğu "Breakthrough Listen” layihəsi barəsində danışıb. Fizik Günəşdən 16 işıqili uzaqlığında yerləşən Gliese 832 c planetində virtual səyahətə çıxıb. Həmin
planetin kütləsinin Yer kürəsindən 5.4 dəfə böyük olmasına baxmayaraq Gliese
832 c bir çox xüsusiyyətlərinə görə bizim planetimizə bənzəyir. Hətta Gliese 832 c-ə Earth 0.81 indeksini də veriblər. Bu göstərici elmə məlum olan bütün
ekzoplanetlər arasında ən yüksəyidir.
Gliese 832 c-nin Yer kürəsi ilə oxşarlığına baxmayaraq Stiven
Hokinq düşünür ki, ekzoplanetdə şüurlu həyat forması yoxdur. "Technote.az”ın "Naked-science.ru”a
istinadən verdiyi xəbərə əsasən alim qeyd edib ki, yadplanetlilərin həmin
planetdə olduqları ehtimalı olsaydı onlar, özlərinin varolmaları haqqında çoxdan
xəbər verərdilər. Lakin buna baxmayaraq alim Gliese 832 c-ə bənzər digər planetlərdə
yadplanetli sivilizasiyaların olma ehtimalını yüksək qiymətləndirir. Hokinq həmçinin
xəbərdarlıq edir ki, insanlıq həmin planetlərdən birindən siqnal əldə etsə onda
çox ehtiyyatlı olmaq lazımdır. Alimin fikrincə yüksək inkişaf etmiş yadplanetli
irq ilə görüş insanlar üçün çox təhlükəli fəsadlar yarada bilər.
Belə ki, insanları avropalı müstəmləkəçilərin yerli
amerikalıları məhv etmə taleyi gözləyə bilər. Hokinq həmdə düşünür ki, bütün
olan risklərə baxmayaraq insanlar özləri yadplanetliləri aşkar etməlidirlər. "Breakthrough
Listen” layihəsi də məhz bunun üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, bu layihəni
Stiven Hokinq rusiyalı sahibkar Yuriy Milner ilə birlikdə 2015-ci ildə elan
etmişdilər. Güman olunur ki, bu layihə rusiyalı sahibkara 100 milyon dollara
başa gələcək.
Paylaş
Bənzər xəbərlər