Stripe PayPal-ı almaq istəyir? Şirkətdən rəsmi açıqlama yoxdur
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, PayPal-ın satışa çıxarılması ilə bağlı yayılan iddialar gerçəkliyi əks etdirməyə bilər. Bir neçə gün əvvəl Bloomberg xəbər vermişdi ki, ödəniş platforması Stripe PayPal Holdings-in tam və ya qismən alınması ilə maraqlanır. Bu holdinqə əsas PayPal xidməti ilə yanaşı, Venmo kimi platformalar da daxildir. Lakin Stripe məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina etmişdi.
Semafor-un məlumatına görə isə PayPal hazırda aktiv şəkildə satış prosesi aparmır. Əksinə, şirkət mümkün aktivist investor kampaniyası və ya “hostile takeover”ssenarisinə qarşı hazırlıq məqsədilə bankirlərlə əməkdaşlıq edib. Bildirilir ki, bu proses şirkətin artıq vəzifəsindən uzaqlaşdırılmış baş direktoru Alex Chriss dövründə başlayıb. PayPal daha əvvəl açıqlamışdı ki, yeni CEO gələn həftə vəzifəsinin icrasına başlayacaq. Hazırda şirkətin rəsmi olaraq satış planı barədə açıqlaması yoxdur və vəziyyətlə bağlı qeyri-müəyyənlik davam edir.
Paylaş