Stripe və Advent PayPal-ı 53 milyard dollara almaq istəyir
PayPal üçün irəli sürülən 53 milyard dollarlıq satınalma təklifi şirkətin idarə heyəti tərəfindən kifayət qədər yüksək qiymətləndirilməyib. Reuters-in məlumatına görə, Stripe və investisiya şirkəti Advent International PayPal-ı birgə almaq üçün səhm başına 60,50 dollar təklif ediblər. Bu, təklifdən əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 28 % yüksək olsa da, PayPal rəhbərliyi şirkətin real dəyərinin bundan daha yüksək olduğunu düşünür.
Mənbələrin sözlərinə görə, idarə heyəti hələlik təklifə rəsmi cavab verməyib. Şirkət rəhbərliyi hesab edir ki, həyata keçirilən transformasiya planı uğurlu olarsa, PayPal-ın bazar dəyəri gələcəkdə daha da arta bilər. Məlumat yayıldıqdan sonra PayPal səhmləri birjada təxminən 19 % bahalaşaraq 56,6 dollara yüksəlib. Buna baxmayaraq, şirkətin səhmləri son bir ildə 40 %-dən çox ucuzlaşıb, bazar dəyəri isə 2021-ci ildəki təxminən 360 milyard dollardan hazırda 36 milyard dollara qədər geriləyib.
Bildirilir ki, Stripe və Advent satınalmanı maliyyələşdirmək üçün JPMorgan və Morgan Stanley banklarından təxminən 50 milyard dollarlıq kredit öhdəliyi, əlavə olaraq isə 17 milyard dollarlıq öz vəsait ayırıblar. Bu da tərəflərin sövdələşmədə ciddi olduqlarını göstərir.
Paylaş