
"SUP" 20-dən artıq investorun iştirakı ilə keçiriləcək sayca ikinci Demo Day-in tarixini elan etdi
Təxminən 3 ay əvvəl sizlərə "SUP”, mərkəzinin sayca 2-ci
akselerasiya dövründə iştirak edəcək startupları elan etmişdik. 20-dən artıq startapın
içərisindən "SUP”, Azərbaycan startup ekosistemi üçün ümid vəd edən 3 startupı akselerasiya proqramına daxil etmişdi və artıq 3 aylıq akselerasiya mərhələsinin yekununda "SUP”un
sayca 2-ci Demo Day-i keçiriləcək. 26 Noyabr tarixində keçiriləcək Demo Day-in əsas
hədəfi startupların öz məhsul və ya xidmətlərini nümayiş etdirmələri və
mümkün/potensial investisiya mənbələri ilə əlaqələrinin təmin edilməsidir.
Demo
Day-də ümumilikdə 8 startupın təqdimatı keçiriləcəkdir ki, bunlardan 3-ü
(Moror, Kvotter, Reasy) "SUP” akselerasiya proqramının iştirakçılarıdırlar və digər
5 startup isə (Cyclee, DevHQ , Sagabat , YayFon , BGBaku) əlavə
olaraq dəvət almış startuplardır. 20-dən artıq yerli və beynəlxalq
İnvestorların iştirakı ilə baş tutacaq Demo Day-da Layihələrini nümayiş etdiriləcək
Startupçılar və dəvət olunmuş İnvestorlar arasında mümkün investisiyalar barədə
müzakirələr də aparılacaqdır.
Əgər siz də qonaq qismində bu tədbirdə iştirak etmək
istəyirsinizsə "SUP” Akselerasiya mərkəzinin Facebook səhifəsində yaradılan Demo Day eventinə nəzər yetirə bilərsiniz.
Tədbirin rəsmi informasiya dəstəyi: www.technote.az
Paylaş
Bənzər xəbərlər