
IT şirkət haqqında olan "The Circle" filminin ilk traileri
Film, "The
Circcle” adlı böyük internet şirkətdən bəhs edəcək. Şirkət öz istifadəçilərinin
elektron ünvanlarını, sosial şəbəkə hesablarını və bank kartları məlumatlarını
ümumi şəbəkədə birləşdirir. Bu proses nəticəsində isə insan, universal online
identifikator olur. Lakin praktiki səviyyədə çox şey axarınca getmir. Belə ki,
texnoloji sahənin təkamülü hesab olunan layihə, əslində daha dəhşətli məqsədlər
üçün nəzərdə tutulub. Rejissoru James Ponsldt-un olduğu filmdə baş rolları Tom Hanks, Emma Watson, John Boyega,
Karen Gillan və digərləri canlandırıblar. "The Circle” filminin premyerası gələn
ilin Aprel ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər