Tarixdə ilk dəfə ölü insan cəsədi üzərində baş transplantasiyası əməliyyatı keçirildi

Tarixdə ilk dəfə ölü insan cəsədi üzərində baş transplantasiyası əməliyyatı keçirildi

Digər
18.11.2017 PAYLAŞIM

Dünyada ilk baş transplantasiyası Çində 18 saatlıq əməliyyat zamanı ölü cəsəd üzərində reallaşdırıldı.

Əməliyyat zamanı onurğa sütununu, sinir sistemini və qan damarlarını bərpa etmək mümkün olub. Bu barədə The Telegraph saytı xəbər verib. Uğurlu baş transplantasiyası əməliyyatı haqqında italiyalı neyrocərrah Sergio Canavero Vyanada keçirilmiş konfrans zamanı elan edib. Əməliyyat həkim Ren Xiaoping-in başçılığı altında Harbin Tibb Universitetinin (Çin) komandası vasitəsilə həyata keçirilib. Canavero-nun sözlərinə əsasən canlı insan başının transplantasiyası isə yaxın zamanda baş tutacaq.


2016-cı ildə sözügedən neyrocərrah siçanların və itlərin əks olunduqları video təqdim etmişdi. Həmin heyvanlar bu cür əməliyyatın təcrübi səviyyəsindən keçmişdilər. Heyvanlar üzərində aparılmış təcrübi əməliiyatlar zamanı onların zərər çəkmiş onurğa beyinlərinə polietilenqlikol yeridilmişdir. O isə öz növbəsində minlərlə neyronların öz aralarındakı əlaqələrin bərpasına imkan yaratmışdır. Ölü cəsəd üzərində keçirilmiş baş transplantasiyası əməliyyatı neyrodegenerativ xəstəlikdən əziyyət çəkən rusiyalı proqramçının başının transplantasiyasını reallaşdırmaq üçün öncədən yerinə yetirilmiş əməliyyat xarakterini daşıyır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Son Dəqiqə: Alimlər dünya tarixində ilk dəfə qara dəliyin fotosunu təqdim etdilə..

Uzun illər ərzində Event Horizon Telescope layihəsi Oxatan A* adlı qara dəliyin kompakt radiomənbəsi..


Nəyə görə yaş artdıqca zaman sürətlə axır?

Zaman qavrayışı bir zaman intervalında beyin tərəfindən emal olunan obrazların sayndan asılıdır. ..


Blogstar 2 yaşını qeyd edir

Məlumdur ki, son illərdə influencer materketinq bazarı sürətlə populyarlaşır, inkişaf edir. Azərbayc..


Kepler teleskopu Yer kürəsinə bənzəyən yeni 44 planet aşkar edib

Adətən teleskopun bir iş seansı ərzində 10-12 ekzoplanet aşkar etmək mümkün olurdu. Lakin bu dəfə on..


Alimlər kosmosdan olan gizli siqnalı aşkar ediblər

Buna bənzər radiosiqnal ilk dəfə 2007-ci ildə aşkar edilmişdi.


Mars planetinin iqlimini dəyişdirmək alınmayacaq: İnsanlar skafandrda yaşamalı o..

Mars planetində karbon qazı ilə zəngin bütün buzlaqlar əridilsə də planetdə parnik effektinin yaradı..