Tarixin ən səmərəli dizel mühərriki təqdim edilib!
Digər
22.04.2024
Aslan
Sənayenin ən son texnoloji inkişafları Çinin Tianjin şəhərində keçirilən 2024 Dünya Daxili Yanma Mühərrikləri Konqresində nümayiş etdirildi. Tədbirdə Weichai Power şirkəti 53,09% daxili istilik səmərəliliyinə sahib dünyanın ilk dizel mühərrikini təqdim edib.
Şirkətin bu uğuru beynəlxalq sınaq təşkilatı TÜV SÜD və Çin Avtomobil Texnologiyaları və Araşdırma Mərkəzi tərəfindən rəsmi olaraq təsdiqlənib. Hər iki təşkilat da mühərrikin səmərəlilik səviyyəsinin dünya rekordu olduğunu bildirib.
127 il əvvəl dizel daxili yanma mühərrikinin ixtirasından bəri bütün dünya alimləri və mühəndisləri bu mühərriklərin istilik səmərəliliyini artırmağa çalışırlar. Weichai Power isə artıq 2015-ci ildən bəri yüksək istilik səmərəliliyinə malik mühərrik istehsalı üzərində işlərini davam etdirir. Bu istiqamətdə qurulan komanda 16 sentyabr 2020-ci ildə rekord dəyərlə gövdə istilik səmərəliliyi 50,23% olan dizel mühərrikini təqdim etməklə mühüm bir mərhələyə çatmağı bacarmışdı. Şirkət, mühərrikin istilik səmərəliliyini 2022-ci ildə 51,09%-ə yüksəltməklə əhəmiyyətli irəliləyişini davam etdirdi və eyni ildə 52,28% nisbətinə çatmağa nail oldu.
Əvvəlki uğurlarına əsaslanaraq, Weichai Power-ın tədqiqat qrupu dörd kritik sistemi daha da təkmilləşdirdi: yanma, hava qəbulu, yanacağın paylanması və sürtünmə. Bu təkmilləşdirmələrlə 53 faizlik istilik səmərəliliyi maneəsi dünyada ilk dəfə olaraq aşılmış oldu. Tədqiqatçılar iddia edirlər ki, bu uğur bir insanın 100 metr məsafəni 9 saniyədən az bir müddətdə qaçması ilə müqayisə edilə bilər.
Weichai Power-ın qeyd etdiyinə görə, onların yeni mühərrikləri bazarda dizel mühərrikinin iqtisadiyyatını 45-46% istilik səmərəliliyi səviyyəsinə malik əsas mühərriklərlə müqayisədə təxminən 14 faiz artıracaq. Şirkətin məlumatına görə, bu inkişaf illik təxminən 31 milyon ton yanacağa qənaət və təxminən 97 milyon ton CO2 emissiyasının azalması deməkdir. Onu da qeyd edək ki, bu rəqəmlər Çin bazarına əsaslanır.
Bununla belə, şirkət daha mürəkkəb nümunələr də təqdim edir. Yeni mühərrik ilə ildə 250.000 kilometr yol qət edən ağır yük maşını hər il təxminən 12.000 litr dizel yanacağına qənaət edə bilər. Bu yanacaq dəyəri isə Çinin illik 13 min dollardan çox yanacaq xərclərinə qənaət etməsi deməkdir. Bundan başqa, Weichai Power-ın qeyd etdiyinə görə, bu texniki sıçrayış tikinti maşınları, kənd təsərrüfatı avadanlıqları, gəmilər və enerji istehsalı avadanlıqları, eləcə də nəqliyyat kimi müxtəlif sektorlara təsir göstərəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar