main-post-cover

    Taylor Swift YouTube-u alt üst etdi (VİDEO)

    Digər
    31.08.2017
    Orxan Jafarli
    Taylor Swift, noyabr ayında çıxaracağı yeni albomu üçün paylaşdığı ilk mahnısı Look What You Made Me Do ilə YouTube platformasında fırtına kimi əsərək zirvəni ələ keçirdi.
    Məşhur pop ulduzu Taylor Swift yeni mahnısı Look What You Made Me Do adlı musiqi video-su ilə YouTube tarixinə adını qızıl hərflərlə yazdırdı. Şirkət məlumatlarına görə, klip YouTube tarixinin ən yaxşı çıxış nəticəsini əldə etdi.
    Look What You Made Me Do, ilk 24 saatlıq müddətdə YouTube platformasında tam 43.2 milyon baxış sayına çataraq əhəmiyyətli bir müvəffəqiyyət əldə etdi. Taylor Swiftin son mahnısının dəqiqədə 30 min, saat da isə ortalama 3 milyon baxış aldığını da qeyd olaraq düşək. Sənətçinin 10 noyabr tarixində çıxacaq altıncı studiya albomu Reputation-dan çıxan bu ilk single-ın indidən böyük bir müvəffəqiyyət əldə etdiyini söyləmək mümkündür.
    Zirvədə daha əvvəl Cənubi Koreyalı rap musiqi sənətçisi PSY, 36 milyon baxış sayına çatan Gentleman adlı klipi idi. Artıq zirvənin yeni sahibi Taylor Swift - Look What You Made Me Do klipi oldu.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər