Logo
    main-post-cover

    TechBrains Baku 2024 – Süni İntellekt və İnnovasiyanın Zirvə Nöqtəsi!

    Digər
    19.12.2024
    Aslan

         TechBrains Baku 2024 süni intellekt və innovasiya sahəsində mühüm hadisə kimi yadda qalıb. Tədbir, peşəkarları və texnologiya həvəskarlarını bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edib.

         15 dekabr 2024-cü il tarixində Bakı, Azərbaycan süni intellekt və innovasiya həvəskarlarının görüş nöqtəsinə çevrildi. TechBrains Baku 2024 tədbiri Cloud Native Computing Foundation (CNCF) Bakı chapterGOUP-un təşkilatçılığı ilə baş tutdu və 230-dan çox iştirakçı ilə geniş miqyaslı bir platformaya çevrildi.
         Tədbirdə 60-dan çox spiker, 40-dan artıq təşkilatuniversitetlərdən gəlmiş nümayəndələr texnologiya dünyasından yenilikləri bölüşdü. Tədbir süni intellektin tətbiqlərinə, tədqiqatlarına, sahibkarlıq imkanlarına və mühəndislik sahəsindəki roluna 4 əsas istiqamətdə fokuslandı:
    1. AI Engineering – Süni intellektin mühəndislikdə istifadəsi;
    2. AI Research – Tədqiqatların nəticələri və gələcək perspektivlər;
    3. AI Applications – Gündəlik həyatda AI həlləri;
    4. AI Entrepreneurship – Sahibkarlıqda süni intellektin rolu.

    Seçilmiş Mövzular:

    • Süni intellektin təhsildə tətbiqi və effektiv tədris metodları
    • Bulud texnologiyalarında AI-driven həllər
    • Məlumat təhlükəsizliyinin təminatında AI-nin rolu
    • Startaplarda süni intellektin uğurlu inteqrasiyası

    Şəbəkələşmə və Faydalar:

         Tədbir iştirakçılarına şəbəkə qurmaq, təcrübə mübadiləsi aparmaq və ilhamlandırıcı çıxışlardan faydalanmaq imkanı təqdim olundu. Ümumilikdə 200-dən çox iştirakçı peşəkar mühitdə yeni ideyalar qazandı və gələcək layihələr üçün motivasiya əldə etdi.

    Təşkilatçılara Minnətdarlıq:

         TechBrains Baku 2024 təşkilatçıları tədbirin uğurunda rolu olan bütün tərəfdaşlara, xüsusilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan İnnovasiya Mərkəzi, Friends of Figma Bakı, Google Developer Groups Baku Technote komandalarına təşəkkür edir.

    2025-ci ilə Baxış:

         Təşkilatçılar gələcəkdə Azərbaycanda daha çox hackathon, süni intellekt layihələri açıq mənbə təşəbbüsləri ilə innovasiya ekosistemini inkişaf etdirməyi hədəfləyirlər. TechBrains Baku tədbirinin gələcək illərdə də texnologiya və süni intellekt sahəsində əsas platforma olaraq qalacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər