main-post-cover

    Tədqiqatçılar, üz quruluşuna sahib olmayan qeyri-adi balıq aşkar ediblər (VİDEO)

    Digər
    03.06.2017
    Farid Pardashunas

    Avstraliya ekspedisiyasının iştirakçıları, 4000 metr dərinlikdə qeyri-adi balıq aşkar ediblər.

    Həmin balığın qeyri-adiliyi isə ondan ibarətdir ki, onun sifət quruluşu yoxdur. Sözügedən balığın gözləri yoxdur. Onun burnu demək olar ki, seçilmir və ağzı, gövdəsinin aşağı hissəsində yerləşir. Sifət quruluşuna sahib olmayan balıq, Avstraliyanın Jervis adlı körfəzində 4000 metr dərinlikdə aşkar edilib. Qeyd etmək lazımdır ki, bu balıq növü ikinci dəfədir ki, aşkar edilir. Belə ki, ilk dəfə olaraq onu 150 il bundan öncə aşkar etmişdilər. Uzun müddət hesab olunurdu ki, bu növün nəsli kəsilib. Ekspedisiyanın rəhbəri Tim O’Hara bidlirib ki, balığın ağız hissəsi onun gövdəsinin aşağı hissəsində yerləşir və gözlərin olmaması ilə yanaşı burun və qəlsəmələr çox çətinliklə seçilirlər. Bir sıra bioloqların fikrincə əslində bu balıq, görmə orqanlarına və iy bilmə duyğularına sahibdir. Sadəcə olaraq onlar balığın pullarının alt hissəsində yerləşdiyi üçün onları görmək çox çətindir. Digərləri isə düşünürlər ki, sözügedən balıq növü dənizin çox dərin hissələrində yaşadığı üçün o, gözlərə sahib deyil. Avstraliya ekspedisiyası yalnız 2 həftə yarım davam edir. Lakin bu müddət ərzində Investigator tədqiqat gəmisinin heyəti artıq bir çox qeyri-adi və maraqlı dəniz canlılarını aşkar edib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər